
Tam materialı oxuyun
Fitomag meyvə və tərəvəzlərin uzunmüddətli saxlanmasının effektiv texnologiyaları sahəsində ekspertdir. Fitomag saxlama texnologiyasının mahiyyəti meyvə və tərəvəzlərin etilen biosintezinin qazşəkilli inhibitoru 1-metiltsiklopropen və ya 1-MCP (Fitomag preparatının fəal komponenti) ilə cüzi konsentrasiyalarda (milyonda 0,5 - 1 hissə) emalından ibarətdir.
Rusiyada meyvə və tərəvəzlərin bu saxlama üsulu İ.V. Miçurin adına Ümumrusiya Elmi Tədqiqat Bağçılıq İnstitutu ilə D.İ. Mendeleyev adına Rusiya Kimya Texnologiya Universiteti tərəfindən birgə hazırlanmışdır. İşlərə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, professor Vladimir Aleksandroviç Qudkovski və professor Valeri Fyodoroviç Şvets rəhbərlik etmişlər. 2005-ci ildən meyvə-tərəvəz məhsullarının yığımdan sonrakı emal texnologiyasının tətbiqi ilə «FitomagInter» MMC məşğuldur.
Uzunmüddətli saxlama üçün tərəvəz və meyvələrin emalı portativ daşınan 1-MCP generatorlarından istifadə etməklə hermetik kameralarda bir sutka ərzində aparılır. Emal soyuducu kameralarda həyata keçirilir. Sonra uzunmüddətli saxlama anbarlarında meyvə və tərəvəzlər üçün adi saxlama avadanlığından istifadə olunur.
Fitomag preparatından istifadə etdikdə meyvə və tərəvəzlərin saxlanma müddəti əhəmiyyətli dərəcədə artır, itkilər isə həm saxlama, həm də meyvə-tərəvəz məhsullarının daşınması zamanı azalır.
Fitomag preparatı alma, armud, gavalı, alça, ərik, şaftalı, banan, kivi, xurma, pomidor, xiyar, qarpız və yemiş kimi klimakterik meyvə və tərəvəzlərin emalında ən effektivdir. O, tənəffüs intensivliyini və fermentativ fəallığı azaldır, xlorofilin parçalanmasını ləngidir və metabolik prosesləri yavaşıdır.
Fitomag meyvə və tərəvəzlərin adi, tənzimlənən və modifikasiya olunmuş atmosferdə saxlanma müddətini artırmağa imkan verir. Emaldan sonra meyvə və tərəvəzlər həm endogen, həm də ekzogen etilenin mənfi təsirindən effektiv mühafizə qazanır və keyfiyyət itkisi olmadan uzun müddət saxlanıla və daşına bilir.
Fitomag texnologiyası həm Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Serbiyanın «15 let Oktyabrya Aqrofirması» QSC, «Sad-Qiqant», «Aqronom-Sad» MMC, «Koroçanski Plodopitomnik» QSC, «Plava» MMC, «Ostroqojsk sadpitomnik» QSC, «Zorinski Sad» MMC, «Plodopitomnik Jerdeyevski» ASC və digər iri bağçılıq müəssisələrində, həm də kiçik fermer təsərrüfatlarında mənimsənilmiş və alma, çəyirdəkli meyvələrin saxlanmasında yüksək effektivlik göstərmişdir.
İstixana kompleksləri pomidorların saxlanma müddətini artırmaq və daşınma zamanı xiyarın zədələnməsini minimuma endirmək üçün Fitomag preparatından fəal istifadə edirlər.
Texnologiya sifarişçinin tələblərinə asanlıqla uyğunlaşdırılır.
Tətbiq olunan konsentrasiyalarda preparat insan sağlamlığı üçün təhlükəsiz və ətraf mühit üçün zərərsizdir. Onun tətbiqi Rospotrebnadzor tərəfindən təsdiqlənmişdir.
